Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi ki, nəyimə lazım, hələ..."

“GORDON” internet nəşrinin qurucusu Dmitri Gordon, rusiyalı iş adamı, Rusiya Federasiyasının Federasiya Şurasının keçmiş üzvü və Rusiya Prezidenti Vladimir Putinin keçmiş yaxın dostu Sergey Puqaçovla 5 saatlıq bir müsahibə aparıb. Qordon və Puqaçovun görüşü iş adamının hazırda yaşadığı Fransada baş tutub (2009 -cu ildə Fransa vətəndaşlığını alıb və bir neçə il sonra Rusiya vətəndaşlığından imtina edib).

Vaxtilə "Putinin bankiri" adlandırılan Puqaçov hazırda vətənində axtarılır və 15 milyard dollarlıq aktivləri ilə əlaqədar olaraq Haaqada Rusiyanı məhkəmə çəkişməsindədir. Müsahibə zamanı milyarder Rusiyanın birinci prezidenti Boris Yeltsinin niyə istefa vermək qərarına gəldiyi, Vladimir Putini varisi olaraq kimin təklif etdiyi, həqiqətən də Putinin İspaniyaya mühacirət etmək istədiyi, keçmiş baş nazir və prezident Dmitri Medvedevlə niyə ağızlaşdığı, habelə Rusiya Federasiyası Prezidentinin sərvəti, Qərb siyasətçiləri ilə ünsiyyəti, dinə, ətraf mühitə və ailəyə münasibəti barədə danışıb.  



"GORDON", Puqaçovla müsahibədən ən diqqət çəkici məqamlardan ibarət bir seçim hazırlayıb.
 
Moderator.az beş saatdan çox çəkən bu maraqlı müsahibənin məhz “Gordon” tərəfindən seçilmiş hissəsini tərcümə edərək diqqətinizə çatdırır.
 
Boris Yeltsin haqqında



Yeltsin - çox güclü adamdır. O, ətrafında güclü insanları görmək istəyirdi. Ancaq 1991-1996-cı illərdəki Yeltsinlə sonrakı Yeltsini fərqləndirmək lazımdır. Prezidentliyin sonunda sağlamlıq vəziyyəti ağır idi, alkoqolizm...

Çox az adam Yeltsinlə birlikdə içdiyini söyləyə bilər. Yaxşı tanıdığım və xatırladıqlarım - Rusiya Federasiyası baş nazirinin o vaxtkı birinci müavini Oleq Soskovets, o vaxtkı baş nazir Viktor Çernomırdin, Yeltsinin təhlükəsizlik rəisi Aleksandr Korjakovdur. Əlbəttə, kim gəldi, onunla içmirdi. Adətən, hansısa içki məclisindən sonra Korjakov deyirdi: "Dünən altı şüşə konyak içdik". İkilikdə və ya üçlükdə.

Yadımda Yeltsin Rusiyanı həqiqətən xoşbəxt etmək istəyən bir adam olaraq qalıb. O vaxtların Aleksey Navalnısı kimi. Yalnız, Navalnı gələcəyin Rusiyasının nə qədər gözəl olduğunu söyləyir, Yeltsin isə Rusiyanın bu gün gözəl olduğunu deyirdi.

Yeltsin Kommunist Partiyasını qadağan edən fərman imzaladı. Və Leninin cəsədinin məqbərədən çıxarılması haqqında fərman imzaladı. Niyə məsələyə son qoyulmadı? Ətrafdakılar indi kommunistlərin çıxıb hər şeyi parçalayacaqlarını qışqırdılar. Yeltsinə güclü təzyiq oldu.

1996 - cı il seçkilərindən sonra Yeltsinin qızı Tatiana Dyaçenko demək olar ki, qeyri-rəsmi Rusiya Federasiyası Prezidentinin səlahiyyətlərinin icraçısı oldu.
 
Putinlə tanışlıq və dostluq haqqında


 
Putinlə 1991 -ci ildə tanış olmuşam. Sonradan çox yaxın münasibətlər qurduq. 1996 -cı ildən bəri onunla hər gün danışırdıq. Ətrafındakı insanların sayının çoxalmasından, onun ölkəyə olan marağının azaldığından və mənim də ona olan marağım azaldıqca ünsiyyətimizin intensivliyi aşağı düşdü. Mən Rusiyaya gəlməyi dayandırmamışdan əvvəl danışırdıq. 2010-cu il idi. Moskvada Putinlə mən qonşu idik, ad günlərini birlikdə qeyd edirdik.
 
- Putini kim üzə çıxardı? 
 
- Putini Prezident Yeltsinin işlər müdiri Pavel Borodin aparıb. Bir vaxtlar onun qızının əri Leninqradda maşınla kimisə vurmuşdu. Və Putin bu problemi həll etmişdi.

Putin SSRİ NKVD rəhbəri Lavrenti Beriyanın bağ evində yaşayırdı. FTX  direktoru olarkən mənə dedi: "Nə vaxtsa ağlına gələrdi ki, vaxtilə Beriyanın oynadığı bilyardda, bilyard oynayacağıq?"
 
Putin bir dəfə mənə dedi: "Özünə Gelencikdə torpaq al. Ora heyrətamiz bir yerdir" (2021 -ci ilin əvvəlində Rusiya Federasiyasında Putinin Gelencikdə böyük bir sarayının olması ilə bağlı bir araşdırma dərc olunmuşdu, dəyəri 1 milyard dollardan çox idi - "GORDON").

Bir dəfə Putin üçün bir bağça seçdım. Onu ora gətirdim, dedi: "Əla, bəyəndim, buradakı hovuz 50 metrdir". Hələ də orada yaşayır və o hovuzda üzür.
Putinə dedim: "Sən dəfn olunacağın yeri seç". Cavab verdi: "Mən indi yaşamağa hazırlaşıram. Nəyimə lazımdır? Əl çək məndən”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar